Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin Ankaraya səfərini ləğv edib.
Yenicag.az xəbər verir ki, bu qərar PKK terror qruplaşmasına dəstək məqsədilə yanvarın 11-də Stokholmda keçirilən mitinqlə bağlı qəbul edilib.
A.Norlenin səfəri yanvarın 17-də baş tutmalı idi.
“Bu terror aksiyasına İsveçin icazə verməsi və buna göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmaq istəyən dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir” – deyə Mustafa Şentop bildirib./Trend/