!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mustafa Şəntop və Hulusi Kılıç Azərbaycana başsağlığı verdi

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı veriblər.

Yenicag.az xəbər verir ki, siyasətçilər bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.

“Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan xalqının başı sağ olsun”, – M.Şəntop bildirib.

Hulusi Kılıç isə bunları qeyd edib:

“Bu gün can Azərbaycanda helikopter qəzasında heyətin şəhid olduğu xəbəri bizi kədərləndirdi. Can Azərbaycanımızın kədərini bölüşmək istəyirik. Qəzada həyatını itirən əziz şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Yaralılara şəfalar diləyirəm. Şəhid ailələrinin və can Azərbaycanımızın baş sağ olsun”.

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv