unnamed (1)“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında GənclərFondunun maliyyə dəstəyiilə “Müstəqil həyatda uğurlu karyera” layihəsinin icrasını uğurla başa çatdırmışdır.

Layihənin əsas məqsədi regionlarda yerləşən uşaq evləri və internat məktəbərində təhsil alan şagirdlərin bir sıra təlim və seminarların köməyi ilə alitəhsilə və fərdi inkişafa marağını artırmaq, karyera inkişafı və müasir əməkbazarı ilə tanış edib ona uyğunlaşmağa kömək olmaqdır

Fəaliyyət planına əsasən layihə Quba, Şəki , Lənkəran və paytaxt Bakıda yerləşən uşaq evləri və internat müəssisələrində keçirilib

Paytaxt və regionlarda təşkil olunan təlim-seminarlar çox böyük marağa səbəb oldu. Hər müəssisədəiki gün ərzində təlimçi Toğrul Ələkbər iştirakçılara ümumi olaraq 4mövzuda təlim-seminar keçirib.
– Karyeraplanlamasıvəinkişafı
– Müstəqilhəyatvətəhsilinəhəmiyyəti
– İşaxtarışı, rezyumevəmüsahibəninsirləri
– Fərdiinkişaf

İnteraktiv formada keçirilən təlimlərdə gənclərə peşə təhsili alma, iş axtarmaq, müsahibələrdə daha rahat olub uğurlu nəticə almağın yolları, hədəfli inkişaf proqramları, asudə vaxtının səmərəli istifadə və digər zəruri həyat vərdişləri ilə bağlı məlumatlar verilib.

Layihənin sonunda 6 uşaq evi və internat məktəblərindən , hər müəssisədən 5 nəfər olmaqla ümumilikdə 30 nəfə məzunlar üçün müxtəlif inkişaf sahələrini əks etdirən, həm də gənclərə yuxarıda adı çəkilən aktual mövzular barədə məlumat vermək, müxtəlif uşaq evi və internat məktəblərinin məzunlarına bir-biri ilə tanış olub şəbəkələşmələrinə imkan yaratmaq məqsədi ilə 3 günlük karyera düşərgəsi təşkil olunaraq layihəyə yekun vuruldu .
Məzun gənclərin təhsil və işsizlik problemlərinin həl lolunması üçün dövlət və biznes qurumları ilə əməkdaşlığa başlandı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."