!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müstəqillik günümüz Batumidə – Foto

!Reklam – Yazi

1476876126Azərbaycanın Batumidəki Baş Konsulluğu 18 oktyabr – Müstəqillik Günü münasibətilə tədbir keçirib.

Konsulluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Ermakov, Kənd Təsərrüfatı naziri Laşa Komaxidze, Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Türkiyənin Baş konsulu Yasin Temizkan və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Baş konsul Rəşad İsmayılov 18 oktyabr Müstəqilliyin Bərpası Gününün müasir Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu deyib. Onun sözlərinə görə, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı sözün həqiqi mənasında xilas edib:

“Sevindirici haldır ki, Ümummilli Liderin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır”, – Baş konsul qeyd edib.

Tədbir ziyafət və klassik musiqi proqramı ilə davam edib.

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv