Müştəri NARAZILIĞI: “Bank Respublika”da internet xidməti niyə iki gündür işləmir?

“Bank Respublika”nın internet xidməti iki gündür işləmir.

Yenicag.az xəbər verir ki, bu barədə bank müştəriləri məlumat veriblər. Bildirilir ki, iyunun 4-ü səhər saatlarından etibarən bankın internet ofisinə daxil olub əməliyyatlar aparmaq mümkünsüz olub. İnternet ofisə daxil olmaq istəyən müştərilər “Hörmətli müştəri! Texniki işlərin aparılması səbəbindən sayt müvəqqəti olaraq fəaliyyət göstərmir. Yaranmış narahatçılığa görə üzr istəyirik!” xəbərdarlığı ilə qarşılaşırlar.

“Bank Respublika”nın mətbuat xidməti ilə əlaqə saxlayıb problemin nədən qaynaqlandığı, nə qədər sürəcəyi, bu müddət ərzində müştərilərin hansı addımı atmalı olduqları və s. bu kimi məsələlərə aydınlıq gətirmək istəsək də, zənglərimizə cavab verilmədi.

COP29