Müştəriləri intihar həddinə çatdıran bank hansıdır?

скачанные файлыAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə banklar ilə bağlı analiz işini təqdim edir.

2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla bağlı 24040 xəbər yayılıb. Bu xəbərlərdən 9340-da konkret bank adı çəkilib. Bunlardan 8942-si neytral, 380-ı mənfi , 18-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Muğan Bank (111 xəbər – departament müdirinin qanunsuz əməlləri ifşa edilib), Bank of Azerbaijan (37 xəbər – şikayəti təmin olunmadi), Unibank Kommersiya Bankı (33 xəbər – müştərilərini intihar həddinə çatdırır).

Müsbət xəbərlər arasında liderlər: Unibank Kommersiya Bankı (14 xəbər – Unicapital İnvestisiya şirketi 1-ci oldu), DəmirBank (4 xəbər – Azərbaycan Bayraği mükafatına layiq görüldü).

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 1131 xəbər
2. Unibank Kommersiya Bankı 510 xəbər
3. Kapital Bank 472 xəbər
4. Muğan Bank 416 xəbər
5. PAŞA Bank 406 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1489 xəbər dərc edilib – 242 xəbərdə konkret bank adı çəkilib. Bu xəbərlərdən 237 xəbər neytral, 5 xəbər isə mənfi xəbərdir. Qəzetlərdə mənfi xəbərlər arasında liderlər: Gəncəbank (2 xəbər – Mərkəzi Bank Gəncəbankı məhkəməyə verib), Bank of Azerbaijan (1 xəbər – Mərkəzi Bank lisenziyasi ləğv edilmiş daha bir banki məhkəməyə verib), Azərbaycan Beynəlxalq Bankı (1 xəbər – məhkəməyə verilib), Zaminbank (1 xəbər – Qazax əməliyyatı).

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 47 xəbər
2. Paşa Bank 20 xəbər
3. Texnika Bank 17 xəbər
4. Unibank Kommersiya Bankı 13 xəbər
5. Ata Bank 12 xəbər

Mart ayında televiziya kanallarında banklar haqqında 142 xəbər göstərilib. Bu xəbərlərdən 137 xəbər neytral, 5 xəbər isə mənfi xəbərdir. Televiziya kanallarında mənfi xəbərlər uç banka aid olub: Bank of Azerbaijan (2 xəbər – məhkəməyə verdilər), MuğanBank (2 xəbər – vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub), Gəncəbank (1 xəbər – Mərkəzi Bank tərəfindən məhkəməyə verildi).

Xəbər sayına görə sıralama:

1. Kapital Bank 27 xəbər
2. Azərbaycan Beynəlxalq Bankı 21 xəbər
3. Muğanbank 11 xəbər
4. Qafqaz İnkişaf Bankı 10 xəbər
5. Atrabank 10 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.