“Müsyö Jordan” vəfat etdi

Rusiya və keçmiş SSRİ-nin xalq artisti Sergey Yurski vəfat edib.

Yenicag.az xəbər verir ki, aktyor 84 yaşında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Sergey Yuryeviç Yurski 1935-ci martın 16-da Sankt-Peterburq (o vaxtkı Leninqrad) şəhərində anadan olub.

O, Mossovet adına Teatrın aparıcı aktyorlarından biri olub. Aktyor “Qızıl buzov” filmindəki Ostap Bender, “Görüş yerini dəyişmək olmaz” serialındakı İvan Sergeyeviç Qruzdev kimi rolları ilə məşhurluq qazanıb. Azərbaycanda isə o, “Dərviş Parisi partladır” kinosunda Müsyö Jordan, “Qorxma, mən səninləyəm”də polis rəisi, “Şir evdən getdi”də qəzəbli ovçu kimi yaratdığı obrazlarla tanınıb. /“Report”/