!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mütəllibova görə, deputat olan o səbəbdən də mandatsız qalacaq

!Reklam – Yazi

 

publika.az1416989486AyazMilli Şuranın sədri Cəmil Həsənli 1 noyabr parlament seçkilərində sandıqlardan kimlərin “çıxacağını” anons edib.

O, bu barədə özünün facebook səhifəsində təhlil və artıq müəyyən edilən deputatların siyahısını verib.

Cəmil bəyin sözlərinə görə, bu parlamentdə bir neçə yeni müxalif sima da olacaq.  Onların arasında

63 saylı Sabirabad birinci seçki dairəsindən Hüseyn Pənah Çodar oğlu var.

17 saylı Yasamal üçüncü seçki dairəsindən İlhamiyyə Rza Faiq qızı və 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Kərimli Tahir Zayıdağa oğlu yeni deputatlarımız olacaq.

Cəmil Həsənlinin iddiasına görə, 2000-ci ildən mandatı əlindən buraxmayan İqbal Ağazadə bu dəfə Araz Əlizadə baryerinə ilişəcək: “35 saylı Xətai üçüncü seçki dairəsi –Əlizadə Araz Məmməd Mübariz oğlu”.

Qeyd edək ki, İqbal Ağazadənin bu dəfə mandatsız qalacağına dair söz-söhbətlər yayılmaqdadır.

Xatırladaq ki, İqbal Ağazadə 2000-ci ildə eks-prezident Ayaz Mütəllibovun rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasını parçalayaraq, mandat sahibi olmuşdu. İndi isə Mütəllibovun hakimiyyətlə münasibəti İqbal Ağazadədən daha yaxşıdır. Bu səbəbdən də iki adamı – Araz Əlizadə və Tahir Kərimlinin mandat alacağı gözlənilir.

YeniCag.Az

 

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv