!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müttəfiqi Cəlaloğlunu dəstəkləmədi: “10 min dollar məsələsi mənə maraqlı deyil”

!Reklam – Yazi

“Bu, mənim qarışacağım məsələ deyil, öz aralarında həll etsinlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin prezidentliyə digər namizəd Sərdar Cəlaloğlunun “Prezident Aparatından hər ay 10 min dollar alması” haqda ittihamına münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Ağazadə yaxın müttəfiqlik münasibətində olduğu, hətta 11 aprel növbədənkənar prezident seçkilərində namizədliyini dəstəklədiyi Sərdar Cəlaloğluna qarşı irəli sürülmüş bu ciddi ittiham haqqında danışmaq istəməyib:

“Mən o şəxslərin mövqelərinə hörmətlə yanaşmışam. Ancaq bu, mənim qarışacağım məsələ deyil. Onu tərəflər öz aralarında həll etməlidirlər”.

Ümid sədri müttəfiqinin ünvanına səsləndirilmiş ittihamın ona maraqlı olmadığını bildirib:

“Bu məsələ mənim üçün maraqlı deyil”.

Qeyd edək ki, Qüdrət Həsənquliyev ötən gün mətbuata verdiyi açıqlamada Sərdar Cəlaloğlunun hakimiyyətdən maliyyələşdiyini deyib:

“Bir neçə il öncə o dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul “atır”.

Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim”.

A.Zeynalov

www.yenicag.az

3162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv