Son günlər Türkiyədə ABŞ-ın qardaş ölkəyə qarşı çevriliş ssenarilərini gözdən keçirdiyinə dair şaiyələr yayılır. Yenicag.az xəbər verir ki, Türk Ordusu içərisindəki “paralel”çilər və ABŞ tərəfdarlarının çevriliş edə biləcəyi ciddi şəkilldə müzakirə edilməkdədir.
Bu barədə növbəti yazını təqaüddə olan general Naci Beştepe “Aydınlıq” qəzetində qələmə alıb. Rəcəb Tayyib Ərdoğanı sevmədiyini, fəqət onun ABŞ tərəfindən çevrilişlə endirilməsinə də qarşı olduğunu yazıb: “Ərdoğan bütün sevmədiyimiz xüsusiyyətlərinə rəğmən dövlətin ən üst məqamındadır və onu oraya xalq seçib, xalq gətirib. Ona qarşı çevriliş ediləcəksə belə, bu türk millətinin qərarı olmalıdır, ABŞ-ın yox. Biz hər cür xarici müdaxiləyə qarşıyıq. RTE-ni sevmək və ya sevməmək ayrı bir şeydir. Xarici müdaxilə ilə çevrilişi dəstəkləmək ondan sonra olacaqları da qəbul etməkdir. Ərdoğanı endirənlərin onun yerinə gətirəcəkləri şəxs nə qədər şərəfimizə və maraqlarımıza uyğun biri olacaq? İpləri kimin əlində olacaq? PKK ilə bazarlıq edəcək birini iqtidara gətirməkdən başqa ABŞ-ın arzusu varmı?”
Yenicag.az