!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət “Avronest”dən çıxmamaq tərəfdarıdır

!Reklam – Yazi

скачанные файлыElman Fəttah: “Milli Məclisin “Avronest” fəaliyyətini dayandırması Azərbaycan dövləti, onun gələcəyi, həmçinin rejimin özünün taleyi üçün yaxşı heç nə vəd etmir”

Mais Səfərli: “Milli Məclisin Avropa Parlamenti ilə bağlı qəbul etdiyi qətnamə gerçəkliyi əks etdirir”
Bildiyimiz kimi, iki gün öncə Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul etdi.

Burada göstərilir ki, qurum ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəkməli, Azərbaycana qarşı konstruktiv addımlar atmalı, Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınmalı, Azərbaycan nümayəndə heyətinin “Avronest” Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulmalıdır. Habelə qərarda göstərilir ki, Nazirlər Kabineti Azərbaycanın məsul şəxsləri ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlamenti üzvlərinin ölkəmizə girişinə qadağa qoyulması məsələsinə baxsın.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah bu qənaətdə olduğunu bildirdi ki, Milli Məclisin Avropa Parlamentinin Azərbaycanla bağlı qərarına aqressiv münasibət bəsləməsi ölkəmiz üçün yaxşı heç nə verməyəcək: “Bu addım rejimin isterik qərarlarından növbətisidir. Həm 1918-ci il Azərbaycan Cümhuriyyətinin quruluş fəlsəfəsi, həm 1991-ci il Müstəqillik Haqqında Konstitusiya Aktı birmənalı şəkildə Azərbaycanın inkişaf istiqamətini Avroatlantik məkanda gördüyünü bəyan edib. Bu Konstitusiya fəlsəfəsidir və dövlətin quruluş fəsləfəsində yer alıb. Uzun illər Avropa qurumları ilə insan haqları və demokratiya məsələsindəki mübahisələrin üzündən münasibətlərin yaxşı olmadığı bir müstəvidən hakimiyyət indi konfrantasiya müstəvisinə keçib. Bu həm Azərbaycan dövləti, həm onun gələcəyi, həmçinin rejimin özünün taleyi üçün yaxşı heç nə vəd etmir. Parlamentin bu qərarı Azərbaycanı Şimali Koreya səviyyəsində banan respublikalarına çevirmək cəhdindən başqa bir şey deyil. Milli Məclisin məsələyə “sürətlə” reaksiya verməyə çalışmasında hesab ki, edirəm Oqtay Əsədovun bir müddət əvvəl “Rusiyanın dostu” mükafatı almasının da nəticəsi olub. Əslində bu reaksiyaları həm də Kremlin reaksiyası hesab edirəm. Bakı Kremlin Avropaya qarşı reaksiyasını öz imzası ilə büruzə verdi”.

Yurddaş Partiyasının sədri Mais Səfərli isə parlamentin qərarının Azərbaycanın maraqlarına cavab verdiyini düşünür: “Azərbaycan sülhpərvər dövlətdir, yaranışından bəyan edib ki, qonşuları, dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatların hamısı ilə normal münasibətlər qurmaq istəyindədir. Amma gördüyünüz kimi Avropaya əl uzatsaq, ona nə qədər yaxşı münasibət göstərsək, ən böhranlı vəziyyətlərdə Avropaya yardım etsək də, buna rəğmən onlar ölkəmizə görün hansı münasibəti sərgilədi. Ona görə də düşünürəm ki, Milli Məclisin Avropa Parlamenti ilə bağlı qəbul etdiyi qətnamə gerçəkliyi, Azərbaycanın milli maraqlarını əks etdirir. Qərar milli maraqlarımızın qorunmasına yönəlik qərardır. Azərbaycan heç bir qüvvəyə boyun əyməyəcək”.

ELÇİN

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv