!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət-iqtidar dialoqundan… söz savaşına – Qarşılıqlı ittihamlar

!Reklam – Yazi

dialogHakim partiya təmsilçisinin müxalifəti konkret təkliflər vermək əvəzinə, söz yığınından ibarət çıxışlar etməsinə dair iradları qarşı tərəfi qəzəbləndirib.

Müxalifətin ölkədəki vəziyyətlə bağlı irəli sürdüyü təkliflərin hakimiyyət tərəfindən nəzərə alınmamasına dair iradları Yeniçağ.az-a dəyərləndirən Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Aydın Mirzəzadə əleyhdarlarını “söz yığını”na əl atmaqda günahlandırıb.

Lakin YAP-çı deputatın bu reaksiyası müxalifət nümayəndələrinin yeni narazılığına səbəb olub. A.Mirzəzadənin “söz yığını” ittihamı ilə əlaqədar Yeniçağ.Az-a danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hakimiyyətin “özündən başqa heç kəsi görməmək” maniyasına tutulduğunu deyib:

Əli Əliyev ile ilgili görsel sonucu“Əvvəla qeyd edim ki, söz yığını Aydın Mirzəzadənin, onun içində olduğu YAP təmsilçilərinin danışdıqlarıdır. Müxalifət ölkənin sosial-iqtisadi, ictimai-siyasi vəziyyəti ilə bağlı dəfələrlə konkret təkliflər, “Yol xəritələri” irəli sürüb. Lakin Mirzəzadənin dəstəkçisi olduğu bu hakimiyyət özündən başqa heç kəsi görmür. Konkret təklif daha necə olmalıdır? Ölkədə siyasi-iqtisadi islahatların aparılması, maliyyə amnistiyasının verilməsi, korrupsiyanın kökünün kəsilməsi, rüşvətin aradan qaldırılması, büdcə vəsaitlərinin talan edilməməsi, korrupsioner məmurların cəzalandırılması, ölkədə sərbəst fəaliyyət mühitinin yaradılması və digər təkliflər az qala detallarına qədər təqdim olunub. Ancaq bu hakimiyyət yersiz təkəbbürünə görə özünü hamıdan ağıllı sayır. Nəticə də göz qarşısındadır – ölkədə böhran təhlükəli həddə çatıb və daha da dərinləşməkdədir. Hər çıxışımda demişəm ki, ölkənin problemləri bütün siyasi qüvvələrin iştirakı ilə ətraflı müzakirə olunmalı, birlikdə çıxış yolu tapılmalıdır. Lakin hakimiyyət bu dialoq təklifinə heç bir reaksiya vermir. Mirzəzadənin sözü varsa, bu məsələlərə aydınlıq gətirsin”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv