!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət iqtidara təkliflər göndərib, göndərməyib? – Qarşı tərəf danışır

!Reklam – Yazi

 

1423728677_1
Sərdar Cəlaloğlu: “Bir çox müxalif partiyalar var ki, ümumiyyətlə YAP-la ünsiyyəti özlərinə sığışdırmır, bunu təhqir hesab edirlər”

Əli Orucov: “S. Novruzov gəlsin AMİP-ə, ona müxtəlif sahələr üzrə proqramlarımızı bir daha təqdim edək, oxusun və heç olmasa öyrənsin”

Bəybala Əbil: “Nə edək ki, təkliflərimizin heç biri YAP tərəfindən nəzərə alınmır”

Elman Fəttah: “S. Novruzovun həmin açıqlaması absurd və bərbaddır”

siyavuz_801Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, müxalifət kadr potensialı baxımından axsayır. O bunu onunla əsaslandırmağa çalışıb ki, müxalifət partiyalarından YAP-ın iqtisadiyyat, səhiyyə, sosial, elm, təhsil, idman və digər sahələr üzrə komissiyalarına hər hansı təkliflər daxil olmayıb: “Onların müxtəlif sahələrdə faydalı təşəbbüslərlə çıxış etməsi üçün böyük potensial tələb olunur.  Bu cür potensial müxalifət partiyalarının heç birində yoxdur. Müxalifət partiyalarında müxtəlif sahələr üzrə kadr potensialı olmadığına görə, hansısa təkliflərlə çıxış edə bilmirlər. Amma siyasi partiyaların fəaliyyəti bu cür olmalı deyil. Müxalifət partiyalarını öz funskiyalarını düzgün yerini yetirməlidirlər.  Onlar müxtəlif sahələrin inkişafı ilə bağlı konkret təklifləri həm hakim partiyaya və həm də ictimaiyyətə təqdim etməlidirlər”.

Görəsən, S. Novruzov müxalifətin kadr potensialının olmaması barədə dedikləri fikrində nə dərəcədə haqlı, və yaxud haqsızdır?

serdarcelalogluesasYenicag.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söylədi ki, hakim partiya, hökumət və Milli Məclisə dəfələrlə müxtəlif komissiyalarda mütəxəssislərlə iştirak etmək niyyətimizi bildirmişik: “YAP-ın kommisiyalarına təkliflər verməmək heç də müxalifət partiyalarında kadr potensialının olmaması ilə bağlı deyil.  Bir çox müxalif partiyalar var ki, ümumiyyətlə YAP-la ünsiyyəti özlərinə sığışdırmır, bunu təhqir hesab edirlər. ADP isə həmin partiyalardan fərqli olaraq istər Milli Məclisin kommisiyaları, istərsə də dövlətin ictimai-nəzarət komissiyalarında iştirak niyyətimizlə bağlı müraciət etmişik.  Məsələn, Prezident Aparatına Əfv Komissiyasında, Korrupsiyaya Qarşı Mübarizə  Komissiyasında olmaq istəyimizi bildirmişik. Habelə, Milli Məclisə də bu istiqamətdə müraciət ünvanlamışıq. Təəssüf ki, bu günə qədər bizə heç bir rəsmi cavab verməyiblər. Belə çıxır ki, YAP əslində həmin kommisiyalarda iştirakımızı istəmir, sonra da iddia edirlər ki,  müxalifət mütəxəssisləri olmadığından komissiyalarda iştirak etmir və təklif verə bilmirlər. Buyursunlar sadaladığım bütün komissiyalarda bizə yer ayırsınlar, nümayəndəmizi göndərək baxaq görək YAP-ın partiyamızın mütəxəssislərinə bərabər mütəxəssisləri varmı?”

maxresdefaultAMİP yetkilisi Əli Orucov da qeud etdi ki, Səyavuş Novruzovun müxalifətdə kadr problemi olduğu barədə dedikləri həqiqəti əks etdirmir: “Əslində müxalifətdə olan bacarıqlı, güclü potensiala malik kadrlar hakimiyyətin özündə yoxdur. Bacarıqlı, peşəkar kifayət qədər  kadrlarımız var ki, hakimiyyət onların potensialından çox təəssüf bəhrələmir.  Müxalifət düşərgəsi ölkəni ilgiləndirən çoxsaylı problemlərlə bağlı tədbirlər keçirib, müxtəlif diskussiyalar hazırlayıb, təkliflər paketi, proqramlarla çıxış edib. Amma nə yazıq ki, hakim partiya hər dəfə bu təklif və təşəbbüsləri görməzdən gəlib. Siyavuş Novruzovun yaddaşı belə xarab olubsa, ona xatırlatmaq istərdim, bu yaxınlarda müxalifət düşərgəsi böhrandan çıxış yolları ilə bağlı təkliflər paketi hazırladı. AMİP özü bununla bağlı Prezident Aparatı və Milli Məclisə yazılı şəkildə təkliflərini verib. Bilə-bilə yalan danışmaq bu artıq qeyri-ciddilik əlamətidir. S. Novruzov gəlsin AMİP-ə, biz ona müxtəlif sahələr üzrə proqramlarımızı bir daha təqdim edək, oxusun və heç olmasa öyrənsin”.

yenicag.az_beybalaKXCP Ali Məclisinin sədri Bəybala Əbil də təkliflərlə çıxış etdiklərini, amma YAP-ın onları nəzərə almadığını söylədi: “Hakimiyyətdə olan YAP-a bu günə qədər ölkənin müxtəlif sahələri üzrə müxalif təşkilatlarından çoxsaylı təkliflər verilib.  İstər Qarabağ, istər təhsil, iqtisadiyyat və digər sahələr üzrə çoxlu təkliflər verilib. Amma nə edək ki, bu təkliflərin heç biri YAP tərəfindən nəzərə alınmır. Hakimiyyətdə proqram haqqında düşünən  nümayəndə tapmaq belə mümkün deyil”.

7672_musavatdan-istefa-xeberi-elman-fettah-cenubnewsMüsavat Partiyası başqanının müavini Elman Fəttahın fikrincə isə YAP funksioneri absurd fikirlər səsləndirməklə məşğuldur: “Müxalifət partiyaları YAP-ın komissiyalarına niyə təklif göndərməlidir ki? Bu mənada S. Novruzovun həmin açıqlamasının özü absurd və bərbaddır. Müxalifət partiyaları durub nədən YAP-ın komissiyaları qarşısında müxtəlif sahələr üzrə təkliflərlə çıxış etməlidir? Strukturizasiyanı öyrənmək, sistemi anlamaq lazımdır.  Bir siyasi sistemdə bir partiya başqa siyasi təşkilatın kommisiyalarına nə təklif göndərə bilər ki? Bu biabırçı yanaşmadır. Yox əgər burada söhbət komissiyaların fəaliyyətindən gedirsə, Müsavat Partiyasının komissiyaları işlək vəziyyətdədir, daima partiyanın proqram və konsepsiyalarını zamana və yeni problemlərə uyğun şəkildə yeniləyir. Hər bazar günü Müsavat komissiyalarının ümumi toplantısı olur. Orada son bir ildə komissiyaların gördüyü işlər və hədəfləri müzakirə olunur”.

Elçin/Yenicag.az

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv