!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifətçi xanımı 125 qram pendir “oğurluğunda” suçladılar – Tragikomik ittiham

!Reklam – Yazi

Supermarketdə alış-veriş edən siyasi fəal bir ay sonra kuryoz oğurluq ittihamına məruz qalıb.

Yenicag.az xəbər verir ki, Belarusun müxalifətçi Birləşmiş Vətəndaş Partiyası (BVP) Gənclər Təşkilatının sədri Alyona Lutskoviç supermarketdə 125 qram pendir oğurlamaqda ittiham olunaraq, 100 dollar məbləğində cərimələnib.

Bu barədə Yenicag.az-a danışan Alyona Lutskeviç məhkəmə prosesinin ölkə reallığına uyğun qaydada keçirildiyini deyib:

Hakim mənim bütün şəxsi məlumatlarımı, hətta mobil telefon nömrəmi də açıqladı. Mənim vəkil axtarmaq üçün bir qədər vaxt xahişim yerinə yetirilmədi, proses zamanı verdiyim bütün vəsatətlər isə rədd olundu. Məhkəmə ekspertizası supermarketdə “oğurluq etdiyimi” “təsdiqləyən” videogörüntünü verməkdən boyun qaçırdı.

Məhkəməyə gətirilmiş şahidlər supermarketin rəfində “pendir olduğunu” bir nəfər kimi təsdiqlədilər. Yekunda isə mənim bu “oğurluğa” görə 100 dollar məbləğində cərimələnməyim barədə qərar çıxarıldı.

Belarusda hər kəs bilir ki, bu, qondarma ittihamdır və müxalifət təmsilçilərini gözdən salmağa hesablanıb. Ancaq Belarus cəmiyyəti və ictimai rəyi gerçəkliyin nədən ibarət olduğunu yaxşı bilir. Bu kimi yollarla bizi öz mövqeyimizdən döndərə bilməyəcəklər”.

A.Zeynalov

www.yenicag.az

3986
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv