Müxalifəti dəstəkləyən idmançılar yığmadan kənarlaşdırıldı – FOTO

Siyasi rəğbətlərini açıq ifadə etmələri idmançılara baha başa gəldi.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, belaruslu xizəkçilər Svetlana Andriyuk və Darya Dolidoviç ölkə müxalifətini dəstəklədikləri üçün yığma komandadan uzaqlaşdırılıblar.

Onların yığma komandanın heyətindən çıxarılması haqda qərar xizək yarışları üzrə milli federasiyanın rəhbəri Aleksandr Doroxoviç tərəfindən qəbul edilib.

Məlumata görə, lisenziyadan məhrum edilən xizəkçilər “Pekin-2022” Qış Olimpiya Oyunlarında iştirak hüququ verən təsnifat yarışlarına qatıla bilməyiblər.

Bu barədə açıqlama verən Andriyuk bildirib ki, onu məhz müxalifəti dəstəklədiyinə görə yığmadan kənarlaşdırıblar. Dolidoviç isə atasının siyasi baxışları üzündən bu aqibətlə üzləşdiyini deyib.