Xəbər verdiyimiz kimi, Milli Şura və Müsavat partiyası “Məhsul” stadionunda mitinq keçirib.
Yenicag.az xəbər verir ki, yarım saat gecikmə ilə başlayan mitinqdə Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli çıxış ediblər.
Mitinq razılaşdırıldığı kimi 17:00-da bitib.
Mitinq zamanı və sonra mitinq iştirakçıları ilə polis arasında heç bir insident olmayıb. Mitinq dinc şəkildə yekunlaşıb.
Qeyd edək ki, Milli Şura sədri Cəmil Həsənli çıxışında mitinqlərin davam edəcəyini bildirib, ancaq dəqiq tarix verməyib
***
Milli Şura və Müsavat partiyasının birgə təyin etdiyi mitinq “Məhsul” stadionunda başlayıb.
Yenicag.az xəbər verir ki, mitinq 15:00-a təyin edilsə də, yarım saat gecikmə ilə başlayıb.
Mitinqdə Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı Arif Hacılı iştirak edir.
Diqqət çəkən məqam mitinqin birgə keçirilməsi qərara alınsa da partiya liderlərinin ayrı-ayrı mitinq meydanına girməsi olub.
Mitinqlə bağlı əlavə məlumatlar veriləcək.
Səxavət Məmməd