Müxalifətin zirvə toplantısının nəticəsi – Azərbaycan Xalq Hərəkatı yaradılır

Müxalifətin zirvə toplantısının təsis iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Demokrat Pariyasının (ADP) qərargahında baş tutan toplantıda yeni xalq hərəkatının yaranması müzakirə edilib.

Müzakirədə Ümid partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, Ağ partiya sədri Tural Abbaslı, KXCP sədri Mirmahmud Fəttayev, AMDP sədri İsgəndər Həmidov və digərləri iştirak ediblər.

Müxalifətin zirvə toplantısında işçi qrupu qərar qəbul edib ki, Azərbaycan Xalq Hərəkatının yaradılması məqsədə uyğundur. Azərbaycan Xalq Hərəkatının 26 yanvarda təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

COP29