!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxaliflər Müsavata dəvət göndərəcək? – Açıqlama

!Reklam – Yazi

img1687020Tural Abbaslı: “Digər siyasi partiyaları qonaq kimi tədbirə dəvət edəcəyiksə, Müsavat Partiyasını da bu zaman kənarda qoymayacağıq”

Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayın nəticələrindən narazı qalan bir qrup gənclər Ağ Blok ətrafında birləşərək indi də təşkilatı partiyaya çevirmək istiqamətində çalışırlar. Artıq bununla bağlı olaraq yeni yaranacaq partiyanın qurultayına hazırlıq işləri də ciddi şəkildə davam edir.

Ağ Blokun təmsilçisi Tural Abbaslı Yenicag.az-a açıqlamasında partiyanın yaradılması istiqamətində görülən və planlaşdırılan bəzi məqamlara aydınlıq gətirdi: “Qurultaya hazırlıq gedir. May ayında qurultayı keçirərək, partiyamızı təsis etməyi düşünürük. Qurultay may ayına nəzərdə tutulub, amma konkret gününü hələ planlaşdırmamışıq. Bu məsələ işçi qaydada müəyyən olunacaq. Hər şey işin gedişatından asılıdır, keçirilmə müddəti 10-15 gün uzana da bilər. Bununla bağlı olaraq hələlik iki istiqamətdə, siyasi və təşkilatı baxımdan işlər gedir. Təşkilatı baxımdan qurultayın kütləviliyinin təmin olunması, qurultayın keçiriləcəyi məkanın hazırlanması, Bakı üzrə təşkilatlanma kimi məsələlər həll olunur. Siyasi tərəfdən yaradacağımız partiyanın cəmiyyətə tanıtdırılması, hüquqi baxımdan qeydiyyatdan keçmə məsələsi istiqamətində işləri aparırıq. Qurultayı Səttar Bəhlulzadə adına mədəniyyət klubunda keçirməyi düşünürük. Bu alınmasa, ADP-nin böyük zalında baş tuta bilər. Heç bir siyasi partiya və siyasi kimlə rəqabət aparmırıq, heç kimi də özümüzə düşmən hesab etmirik. Odur ki, qurultayda qonaq kimi iştirak etmək istəyən bütün digər siyasi partiya nümayəndələrini də dəvət edə bilərik. Onların da tədbirimizdə iştirakı bizim üçün xoş olardı. Amma qurultaya qonaqların dəvətilə bağlı qərar zamanında veriləcək. Digər siyasi partiyaları qonaq kimi tədbirə dəvət edəcəyiksə, Müsavat Partiyasını da bu zaman kənarda qoymayacağıq. Bizim Müsavat Partiyası ilə düşmənçiliyimiz yoxdur. Rəqabəti hakimiyyətlə aparırıq. Odur ki, bu məsələdə başqa partiyalara münasibət necə olacaqsa, Müsavata da anoloji münasibət sərgilənəcək. Müsavatdan istefaya gəlincə, bunun təşkilat tərəfindən atılmasını gözləməyəcəyik, özümüz istefa verəcəyik. Amma bu məsələnin çox da qabardılmasının tərəfdarı deyiləm. Bu istefanı siyasi şouya çevirmək, elə bir görüntü yaratmaq niyyətində də deyilik. Ona görə Müsavatdan istefa verəndə də çalışacağıq ki, səs-küysüz olsun. Yaranacaq partiyanın emblemi ilə yanaşı himninin olması barədə də düşüncələrimiz vardır. Bununla bağlı ilkin variantlar  var. Bu istiqamətdə yekun qərar olmadığından onu o qədər də ictimailləşdirmək istəmirik. Partiyanın emblemi məsələsində ilkin variant kimi ağ lalə emblemi üzərində düşünürük. Çünki ağ lalə təmizliyin, mübarizənin simvoludur. Həm də qədimdə Osmanlı İmperiyasının simvollarından biri də məhz lalə olub”.

ELÇİN

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv