Muxtar Maniyev Qala qəbristanlığında dəfn olunacaq

qalaqebrXalq artisti Muxtar Maniyev Qala qəbiristanlığında dəfn olunacaq.

Bu barədə APA-ya xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. O bildirib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək:

“Təklif olundu ki, Fəxri xiyabanda dəfn edilsin, razı olmadıq. Vəsiyyət eləmişdi ki, atasının-anasının yanında torpağa tapşırılsın. Ona görə, Muxtarın vəsiyyətini yerinə yetirib Qala qəbiristanlığında dəfn edəcəyik”.

 

Yenicag.az