!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müxtəlif dini qrupların cəmiyyətə inteqrasiyası”

!Reklam – Yazi

1438093089_dsc08382Yenicag.az vətəninfo-ya istinadən  xəbər verir ki, “Jurnalistlər Ekstremal Şəraitdə” ictimai birliyi “Müxtəlif dini qrupların cəmiyyətə inteqrasiyasında mövcud olan problemlərin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini iyulun 27-də Masallıda keçirib.

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən müzakirələrdə JEŞ İB-in sədri Firuzə Əsədullayeva, QMİ-nin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Mirqiyas ağa, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgə nümayəndəsi Kamil Bağırov, Masallı RİH-nin ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Namiq Ağayev, Masallı rayonunda fəaliyyət göstərən dini icmaların nümayəndələri çıxış ediblər. Tədbirdə ölkədəki dini durum, icmaların fəaliyyəti müzakirə obyekti olub. Daha çox bəzi qeyri-ənənəvi icmaların fəaliyyəti, gənclərin din adı altında hərəkət edən radikal qruplaşmaların tərkibinə qoşulması diqqət çəkib. Müzakirələr zamanı ölkənin bir sıra gənclərinin belə terror qruplaşmalarının tərkibinə qoşulmasına, Suriya, Əfqanıstanda döyüşməsinə səbəb kimi dini bilgilərin azlığı, səhv dini təsəvvürlərə malik olmaları, buna görə də təsir altına düşmələri göstərilib. Qeyd edilib ki, Yaxın Şərq ölkələrində baş verən hadisələrin dinlə hər-hansı şəkildə əlaqəsi yoxdur. Onların fikrincə, bu ölkələrdə baş verənlər sırf siyasi hadisələrdir. Amma bu hadisələrə daha çox insanı cəlb edə bilmək üçün din adından istifadə edilir.

Müzakirələr zamanı bu da qeyd edilib ki, İŞİD və ona bənzər terror qruplaşmaları əslində törətdiyi əməllərlə islamın xeyirxahlıq, insanlığa yardım dini olması kimi gözəlliklərini gözdən salmaq istəyir.Dindarlar, eləcə də ictimaiyyət nümayəndələri təsir altına düşmüş gəncləri “terror bataqlığından” xilas edə bilmək üçün dini maarifləndirmə işini gücləndirməyi əsas sayıblar. Hər biri hansısa ailənin, bütünlükdə ölkənin gələcəyi olan gənclərin bir nəfərinin belə terror qruplaşmalarının qurbanı olmasını ağır itki sayan natiqlər ölkə gənclərini qorumağı önəmli məsələ adlandırıblar.

Qeyri-ənənəvi siyasi cərəyanların ölkənin cənub bölgəsində özünə yer ala bilmədiyini deyən natiqlər bununla arxayınlaşmağa da yer olmadığını vurğulayıblar. Onlar bu sahədə önləyici tədbirlər görülməsinin sistemli olmasının vacibliyini nəzərə çatdırıblar. Eyni zamanda tədbir iştirakçıları təkliflərlə də çıxış ediblər.

Bu təkliflər sırasında gənclər arasında müntəzəm maarifləndirmə işilə yanaşı orta və ali məktəblərdə dini biliklər verən fənlərin tədrisi təklifi, demək olar ki, aparıcı yer alıb. Həm də təkcə islam dininin deyil, digər dinlərin tarixlərinin, dini əsaslarının öyrədilməsi təklifləri də bu sırada yer alıb. Natiqlərin fikrincə, səhv təsəvvürlər bütün insanlarda, o cümlədən gənclərdə səhv dini görüşlərin yaranmasına səbəb olur, bunu önləmək üçün din tarixinin fənn olaraq keçirilməsi zərurəti yaranır.

Bununla yanaşı, natiqlər ictimai birliklər tərəfindən bu sahədə layihələr icra olunmasını da önəmli adlandırıblar.

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv