Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Müxtəlif dövlət qurumlarından mənə fərqli rəqəmlər təqdim edilir” – İlham Əliyev

“Bu da həqiqətdir ki, neft sektoru bizim iqtisadiyyatımız üçün əsas sektor olaraq qalır. Ancaq digər sektorlar, qeyri-neft iqtisadiyyatımızın inkişafı prioritetdir. Hesab edirəm ki, ixracyönümlü məhsulların istehsalı artırılmalı, sahibkarlıq subyektlərində sertifikatlaşma prosesi davam etdirilməlidir ki, bizim məhsullarımız həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident İlham Əliyev daxili tələbatın maksimum dərəcədə yerli istehsalla təmin edilməli olduğunun vacibliyini qeyd edib:
“Halbuki, bu da həqiqətdir ki, neft sektoru bizim iqtisadiyyatımız üçün əsas sektor olaraq qalır. Ancaq digər sektorlar, qeyri-neft iqtisadiyyatımızın inkişafı prioritetdir. Hesab edirəm ki, ixracyönümlü məhsulların istehsalı artırılmalı, sahibkarlıq subyektlərində sertifikatlaşma prosesi davam etdirilməlidir ki, bizim məhsullarımız həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun. Əlbəttə ki, daxili istehlak daxili istehsal hesabına stimullaşdırılmalıdır. Onu da bilməliyik ki, xarici bazarlara çıxmaq ildən-ilə daha da çətinləşir. Çünki bir çox ölkələr idxalı əvəzləmək siyasətini aparırlar. Ona görə, biz həm yeni bazarlar axtarmalıyıq, həm də məhsullarımızı daha rəqabətqabiliyyətli etməliyik. Eyni zamanda, çalışmalıyıq ki, daxili tələbatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəldikdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır. Çünki müxtəlif dövlət qurumlarından mənə fərqli rəqəmlər təqdim edilir. Ona görə bunu da sizə tapşırıram, bütün dövlət qurumlarının rəqəmlərini təhlil edin və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir və biz öz siyasətimizi daha dəqiq proqnozlaşdıraq. O cümlədən, Sahibkarlara Dəstək Fondu hesabına o sahələrə vəsait, kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda, bizim ixracımızı və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan malların xarici komponentinin faizi də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. İqtisadiyyat Nazirliyi bu istiqamətlər üzrə fəal işləyir, bu işləri davam etdirin. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək, – mən buna şübhə etmirəm, – biz bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik.”

www.yenicag.az

269
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100