AYNA tərəfindən Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib.
Yenicag.az xəbər verir ki, belosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb.
Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.
Qeyd edək ki, Xocalı prospektində sol tərəfdə velosiped zolağı, sağ tərəfdə parkinq yerləri təşkil edilmişdi. Nəticədə avtomobillərin hərəkəti üçün 1 zolaq qalmışdı və bu da sürücülərin narazılığına səbəb olmuşdu.