Cəmiyyətin normal məcrada inkişaf etməsini hüquq sisteminin vəziyyəti ilə də ölçmək olar. Bu mənada görəsən, Azərbaycanda məhkəmə sistemi vətəndaşların etibarını nə dərəcədə qazana bilib? Yoxsa, vəziyyət dəyişməz olaraq qalmaqdadır?
“Hüquqi dövrlər” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov Yeniçağ.Az-a açıqlamasında bildirdi ki, Azərbaycan məhkəmələri hələ də insanların etibarını qazana bilməyib:
“Azərbaycanda normal məhkəmə yoxdur ki, ona cəmiyyətdə hansısa bir inam da olsun. Olmayan quruma insanların münasibəti necə ola bilər ki? Əlbəttə ki, mənfi. Bir şəbəkədir, yaradıblar. Ali məhkəmənin sədri Ramiz Rzayev adını belə yaza bilmir. Onun hüquqdan anlayışı yoxdur. Belə bir sistemin olmasının nəticəsidir ki, insanların məhkəmələrə inamı da sıfır səviyyəsindədir. Əksər hakimlər eyni gündədir. Formal olaraq bir qurum yaradıblar, onlar da öz pullarını yığırlar. Belə bir quruma da insanlar heç cür etibar göstərmirlər. Elə bil ki, “multfilmdir”, yaratdıqları sistem “multfilm” şəklində fəaliyyət göstərir. Məhkəmələrə etibar və inamın olmaması Azərbaycan xalqı üçün böyük bir dərddir. Amma əfsuslar olsun ki, məhkəmələr bir Azərbaycan reallığıdır və insanlar da ona dözürlər”.
ELÇİN
Yeniçağ.Az