!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Muzeydən TARİXİ OĞURLUQ - 1 milyard avroluq cəvahirat - VİDEO

!Reklam – Yazi

Almaniyanın ən qədim muzeylərindən biri olan Grüne Gevölbe muzeyindən “tarixi” olaraq dəyərləndirilən oğurluq olub.

Yenicag.az xəbər verir ki, adıçəkilən muzeydən dəyəri 3 milyard avrodan çox olan 3 almaz cəvahirat oğurlanıb.

Almaniya mətbuatında yer alan xəbərlərə görə, iki oğru əvvəlcədən qurulmuş plan üzrə hərəkət edərək, muzeyin elektrik təminatını kəsib, yanğın törədiblər. Oğrular qaranlığa qərq olmuş muzeydən 18-ci əsrə aid 3 almaz dəstini oğurlayıblar.

Mütəxəssislər oğurlanan almazların satılmasının çox zəif ehtimal olduğunu bildirirlər. Güclü versiyalardan biri isə, oğruların almazları əridərək satacaqlarıdır.

Qeyd edək ki, bu oğurluq II Dünya Müharibəsindən sonra baş vermiş tarixin ən böyük soyğunudur.

 Aqil Bəkir

www.yenicag.az

2349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv