Müğənnimiz narkotiki təbliğ edib, Sabiri təhqir etdi? – Sərt tənqid olunan VİDEO – +18

“Eurovision – 2016” təmsilçimiz Səmra Rəhimlinin bu gün təqdim etdiyi “Azn” adlı yeni klipi müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, ifaçının yeni ekran işində açıq-saçıq görüntülər və narkotikdən istifadəyə dair şübhəli məqamlar yer alıb.

Bundan əlavə, klipdə Səmranın açıq-saçıq geyimdə Azərbaycanın tanınmış şairi Mirzə Ələkbər Sabirin portreti önündə çəkdirdiyi şəkil sosial şəbəkələrdə tənqid olunub./Lent.az/