Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Mxitaryan Bakıya gəlməyəcək - Rəsmi

Reklam: High Technic

Bakıda keçiriləcək Avropa Liqasının finalında “Çelsi” ilə qarşılaşacaq İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı paytaxtımıza gətirməyəcək.

Yenicag.az xəbər verir ki, London klubu bununla bağlı rəsmi məlumat yayıb.

“Biz Mxitaryanın komandanın heyətində olması ilə bağlı variantları diqqətlə analiz etdik. Məsələni futbolçunun özü və ailəsi ilə müzakirə etdikdən sonra onun səfərdə olmamasına birgə qərar verdik. UEFA-ya məktub yazaraq, bu vəziyyətdən dərin narahçılığımızı ifadə etdik. Miki final üçün bizim açar futbolçularımızdan biridir. Ona görə də yoxluğu komandamız üçün böyük itkidir. Futbolçunun bu cür şərtlərdə belə nəhəng avrokubok finalını buraxmasından kədərlənirik. Çünki bu, futbolçunun karyerasında çox nadir hallarda olur. O, həftəsonu Bakıya gedənə qədər bizimlə məşq edəcək”, – açıqlamada bildirilir.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

www.yenicag.az

3124