Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Mxitaryana olan sevgini necə nifrətə çevirə bilərik? - TƏKLİF

Reklam: High Technic

“Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan Bakıda keçiriləcək Avropa Liqasının finalında iştirak etməyəcək. O, “Çelsi” ilə final matçı üçün paytaxtımıza gəlməmək qərarını verməklə Azərbaycanı təzyiq altına salmağa çalışır.

Hər halda o, erməni siyasətinin bir parçasıdır və belə qərar verməsi də başadüşüləndir. Təkcə “İnstagram”da 2,9 milyon izləyicisi olan yarımmüdafiəçi məşhurluğu ilə əlinə düşən fürsətdən maksimum yararlanır və Ermənistan hakimiyyətinin yürütdüyü məkirli siyasətə dəstək verir. Və nə yazıq ki, həqiqəti bilmədən bir sıra məşhurlar da ona dəstək çıxır.

Aydın məsələdir ki, Avropa Liqasının finalı ilə əlaqədar Bakıya kifayət qədər turist gələcək. Onların yarıdan çoxunu da məhz ingilislər təşkil edəcək.

Bunu nəzərə alaraq təklif edirəm ki, finala qədər şəhərin mərkəzi küçələrində, mərkəzdən Bakı Olimpiya Stadionuna gedən yollarda, eləcə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhər istiqamətində yerləşən bilboardlarda Qarabağ həqiqətləri öz əksini tapsın. Bu, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün ələ düşən ən yaxşı fürsətlərdən biridir.

Düzdü, hər il istər dövlət səviyyəsində, istərsə də, müxtəlif təşkilatlar, qurumlar, QHT-lər tərəfindən Qarabağ həqiqətlərinin təbliği üçün müəyyən işlər görülür, tədbirlər keçirilir. Amma bu işlər təkcə işğal tarixində bir neçə deputatın, qurum rəhbərlərinin iştirakı ilə keçirilən tədbirlərlə kifayətlənməməlidir. Biz bu işi görməklə atdığı addımla özünü məsum, zərərçəkmiş qismində göstərən Mxitaryana və onun millətinə olan sevgini nifrətə – onların layiq olduğu hissə çevirə bilərik. Bu işdə fəhləlik etməyə canı könüldən razıyam.

Emin Səfərov

www.yenicag.az

3230