Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Myanmada müsəlman qətliamı: "Qlobal maliyyə qurumlarının oyunudur..." - İddia  

Reklam: High Technic

Son günlər Cənub-Şərqi Asiya ölkəsi olan Myanmada vəziyyət gərginləşib.

Bu gərginlik fonunda ölkədə buddistlərlə müsəlmanlar arasında dini savaş da genişlənir. Bunun nəticəsi olaraq, yüz minlərlə Myanmalı müsəlman qırğınlardan yaxa qurtarmaq üçün evlərini tərk edərək, qonşu Banqladeşə üz tutmalı olurlar. Qeyd edək ki, son illər Myanmada geniş neft-qaz yataqları aşkar edilib. Bu fonda həmin ölkəyə Çin ciddi maraq göstərərək, ona böyük həcmdə investisiya yatırmağa başlayıb. Buna cavab olaraq, bölgədə ABŞ başda olmaqla Qərb də fəallaşır. Bu gün Myanmada müsəlman əhaliyə qarşı həyata keçirilən qətliam da məhz dünya güclərinin bölgəyə marağının artması fonunda baş verir. Elə isə Myanmadakı qırğınların məhz xarici qüvvələr tərəfindən süni şəkildə ortaya atıldığı fikri öz təsdiqini tapmırmı?

Məsələni Yenicag.az-a şərh edən politoloq Natiq Mirinin fikrincə, Myanmada cərəyan edən proseslərin, o cümlədən müsəlmanların sıxışdırılmasının arxasında qlobal maliyyə gücləri və onların maraqları dayanır:

Natiq Miri

“Yadınızdadırsa, “Əl-Qaidə” terror şəbəkəsi çökdürüləndən sonra, mövcud boşluğu müəyyən qlobal maliyyə şəbəkələri tərəfindən yaradılan İŞİD terror qruplaşması doldurdu. İŞİD terror qruplaşması da əsasən neft-qaz yataqları ilə zəngin olan məkanlarda “xortladı”. İraqda neft-qazla zəngin böyük bir ərazi qısa zamanda məhz onlar tərəfindən işğal olundu. İŞİD buradakı karbohidrogen ehtiyatlarını çox ucuz qiymətə onları maliyyələşdirən qlobal maliyyə şəbəkələrinə satdılar. Nəticədə, həmin qlobal maliyyə şəbəkələri insanların qanı üzərindən milyardlarla dollar pul qazandı. Bu gün isə həmin proses Myanma üzərindən qurulur. Çünki indi burada qlobal güc və iri maliyyə şəbəkələrinin maraqları toqquşub. Qonşu Çin son illər Myanmaya böyük həcmdə investisiya yatırıb. Çinin burada iqtisadi ekspansiya siyasəti apardığını görən Qərb isə buna imkan verməmək üçün fəaliyyətə keçib. Bu fonda da Myanmada yaşayan müsəlmanların qırılması bir növ bəhanə olaraq, süni surətdə yaradılıb. Belədə Myanmada müsəlmanların qanı üzərindən qlobal maliyyə şəbəkələrinin iqtisadi savaşı aparılır. Yəni burada tökülən qanların hamısı bir bahənədir. Myanma rəhbəri demokratik yolla hakimiyyətə gətirilən qadındır. Düşünmürəm ki, həmin qadın buradakı müsəlmanların qətlinə fərman verə biləcək bir şəxsdir. Sadəcə, Myanma ordusunu kənar güclər vasitəsilə idarə edənlər süni surətdə belə bir prosesə rəvac verərək bütün diqqəti bu ölkəyə yönəltdilər. Əslində isə, onlar belə bir mühitdə yeni bir terror şəbəkəsinin mövcudluğuna şərait yaradıblar. Çünki terror şəbəkələri adətən, belə mühitin olduğu yerlərdə “xortlayırlar”. Belədə İraq və Suriyada olduğu kimi, bu gün Myanmada İŞİD tək terror şəbəkələri “xortlayarsa”, heç də təəccüblənmərəm. Ona görə də düşünürəm ki, Myanmada baş verən proseslər və bu zaman müsəlmanların qanının tökülməsi qlobal maliyyə şəbəkələrinin savaşı kontekstində dəyərləndirilməlidir. Buna imkan verməmək üçün də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərəkətə keçərək, Myanma rəhbərliyinə prosesin gələcəkdə qlobal qarşıdurma yarada biləcəyilə bağlı xəbərdarlıq etdi. Çünki müsəlman ölkələri, o cümlədən Türkiyə bu məsələyə uzun müddət səssiz qalmayacaq. Əslində, bir çox qlobal güclərin istədiyi də Myanma ətrafında yeni bir qlobal savaşın yaradılmasına nail olmaqdan ibarətdir. Bütün bunlara görə də Myanma ətrafında başlayan proses etnik, dinlərarası savaş kimi deyil, iqtisadi və ciddi maliyyə maraqları olan qlobal maliyyə şəbəkələrinin savaşı kimi dəyərləndirilməlidir”.

ELÇİN

www.yenicag.az

1503
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM