Myanmada sürüşmə – 59 nəfərə öldü

Myanmada sürüşmə nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi ölkənin Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışlar təbii hadisənin bütün qurbanlarının cəsədləri tapılana qədər davam etdiriləcək.

Daha əvvəl bildirilirdi ki, Myanmanın cənub-şərqində yerləşən Mon ştatında sürüşmə nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb./Report/