Myanmada torpaq sürüşdü: Ölənlər var

Myanmanın Kaçın ştatında baş verən torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər, o cümlədən bir polis əməkdaşı, həlak olub.

Yenicag.az xəbər verir ki, hadisə nefrit yatağında baş verib.

Məlumata əsasən, daha dörd nəfər itkin düşüb. Onların arasında təhlükəsizlik qüvvələrinin iki əməkdaşı da olub.

Xilasedicilər iki nəfəri dağıntılar altından çıxara biliblər. Həmin şəxslər xəstəxanaya çatırılıb.

COP29