!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nadir Azəri CASCFEN-in yeni sədri seçilib

!Reklam – Yazi

Beynəlxalq media qurumuna rəhbərlik tanınmış jurnalistə həvalə olunub.

Yenicag.az xəbər verir ki, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin bu gün keçirilmiş iclasında qurumun yeni rəhbəri müəyyənləşib.

Məlumata görə, növbəti ümumi yığıncağa qədər CASCFEN-ə rəhbərlik qurumun sədr müavini Nadir Azəriyə həvalə edilib.

Təşkilatdan yeni təyinatla bağlı yayılmış açıqlamasa Nadir Azərinin CASCFEN qurulduğu gündən onun ən fəal üzvlərindən biri, son 6 ildə isə qurumun sədr müavini vəzifəsini daşıdığı bildirilib.

Nadir Azərinin media çevrələrində və cəmiyyətdə tanınması, malik olduğu işgüzar keyfiyyətlər onun CASCFEN sədri seçilməsinə mühüm təsir göstərib.

CASCFEN sədrliyindən aprelin 23-də istefa vermiş Azər Həsrət də sədr postuna Nadir Azərinin namizədliyini dəstəkləyib.

www.yenicag.az

3680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv