Nadir keçmişindən danışıb kövrəldi: “Atam rəhmətə gedəndə…” – VİDEO

Müğənni Nadir Qafarzadə keçmişindən danışıb.

Yenicag.az xəbər verir ki, xatirələrini bölüşən Nadir əziyyətli günlərini yada salaraq ikinci sinifdən pul qazandığını və ailəsinə kömək etdiyini deyib:
“İkinci sinifdən pul qazanıb, ailəmi dolandırmışam. Meyxana ustası Nizami Rəmzi gəlirdi, aparıb məni toyda oxutdururdular. Anam deyirdi ki, uşağın böyüklərin məclisində nə işi var? Qorxurdu. O içki məclisləri idi, ehtiyacımız vardı. Atam rəhmətə getmişdi, altı uşaq qalmışdıq. Dondurma alıb yeyə bilmirdim, anam deyirdi hansınıza çatdırım?”

ARB-nin “Boş anlar” verilişindən olan görüntüləri təqdim edirik:

Nehru

COP29