!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nadir Qafarzadənin evinə oğru girdi - Yaxınından şübhələnir

!Reklam – Yazi

Azərbaycan şou-biznesinin tanınmış nümayəndələrindən olan Nadir Qafarzadənin evinə oğru girib.

Yenicag.az xəbər verir ki, bunu müğənninin özü ATV-də yayımlanan “Bizimləsən” verilişində qonaq olarkən deyib.

Qafarzadənin sözlərinə görə, evindən pul oğurlayan şəxs yad adam deyil:

“Bunu mətbuata demədim. Evimdən pul oğurlandı. Amma bu məsələni araşdırmadım. Bildim ki, oğru yad adam deyil. Oğru nə bilir ki, mənim qoyduğum hardasa bir yerdə qızıl, biriliant, pul var. Buna görə də, polisə müraciət etmədim. Utandım ki, oğru  birdən qohumum çıxar. Ondan üzüm utandı. Onda Nabranda idik. Evə gələndə pulu axtarmadım. Çünki xərclədiyimiz pul ayrıdır, dar gün üçün yığdığımız ayrı. Oğlumgil İsveçrədən gəlmişdi, ona maşın almalıydım. Maşının pulunu götürəndə gördüm ki, pulu qoyduğumuz boxça yüngüldür. Yaxşı ki, çox aparmamışdılar. Şübhələnməyək deyə, belə etmişdilər. Bir “paçka”dan 30 dənə, birindən 10-dənə aparmışdılar. Bu insan rahat olub. Yaxın adam olub yəni. Bəlkə də evdə çay-çörək də yeyib. Pis hala düşdüm, evdə bağırdım. Çünki illərlə əziyyətlə pul yığ, kimsə gəlib aparsın. Ona görə utandım ki, yaxınımla polisdə, məhkəmədə üz-üzə gəlməyim. Yoldaşımla qərara gəldi ki, bəlkə həmin adam üzə çıxacaq. Hətta sənət dostlarım da dedi ki, gəl polisə müraciət elə. Hadisə avqust ayında baş vermişdi. Gərək başımız daşa dəyəndən sonra evə kamera qoyaq”.

www.yenicag.az

2946
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv