Nadirin hovuz kefini LAĞA QOYDULAR: “İndeyski” kino, Fatimə də oynasaydı…” – FOTOLAR

Müğənni Nadir Qafarzadə yayın dadını hovuz kefi ilə çıxarmağa çalışıb. Özü də Azərbaycanda yox, qardaş Türkiyədə.

Yenicag.az xəbər verir ki, sənətçi “Azərbaycanım” mahnısını ifa edə-edə hovuzda lentə alınan videosunu sosial şəbəkə hesabında paylaşıb:

“Azərbaycanda deyil, Türkiyədəyəm. Nəhayət ki, dincəlməyə vaxt tapdım…”

Görüntü sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.

Nadirin hovuz əyləncəsini lağa qoyanlar da olub:

“Lap “indeyski” kinoya oxşadı. Xatubanın çimən səhnəsinə…, Hind mahnısı oxusaydın, hələ üstəlik o qayaların üstündə Fatimə də oynasaydı, lap super olardı…”

Nehru