Naftalan sakini güllələnib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Naftalan sakini olan qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisə Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında qeydə alınıb. Orada qeydiyyatçı işləyən, 1987-ci il təvəllüdlü Günay Zeynalova mübahisə zəminində baş verən münaqişə nəticəsində sürücü Əli Hüseynov tərəfindən güllələnib.
Güllələnən qadın xəstəxanada ölüb. Həkimlərin səylərinə baxmayaraq Günay Zeynalova xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Ə.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.