!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nağdsız ödənişdə SÜRPRİZ ARTIM: “Məmur sahibkarlığına son qoymaq üçün...” – Sabiq millət vəkili

!Reklam – Yazi

“Topdansatış müəssisələri və idxalla məşğul olan şirkətlərə də nağdsız ödəniş üsulu tətbiq olunmalıdır”.

2020-ci ilin yanvar-oktyabr aylarında debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 2 milyard 379 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, ilin əvvəli ilə müqayisədə ölkədə bank kartlarından istifadə praktikası genişlənib. Başqa sözlə, debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlarda 26 faiz artım qeydə alınıb.

Kredit kartlarından istifadənin artmasına təsir edən amilləri dəyərləndirən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında bildirib ki, nağdsız ödənişlərin artması müsbət haldır:

“Pandemiya şəraitində dövlət büdcəsi hesabına müxtəlif güzəştlərin tətbiqinin kart vasitəsilə həyata keçirilməsi nağdsız ödənişlərin artımına səbəb olub. Bununla yanaşı, Dövlət Vergi Xidmətinin əlavə dəyər vergisinin geri qaytarılması ilə bağlı qərarı, həmçinin vətəndaşların kommunal və digər ödənişlərinin onlayn şəkildə həyata keçirmələri də kartdan istifadəyə tələbatı artırıb.

Bu prosesin davamlı olması arzuediləndir. Topdansatış müəssisələri və idxalla məşğul olan şirkətlərə də nağdsız ödəniş üsulu tətbiq olunmalıdır ki, dövlət büdcəsinin tam toplanması və hesabatların düzgün aparılmasına şərait yaransın.

Dövlət satınalmaları səhəsinə nəzarəti həyata keçirən müvafiq dövlət qurumları şirkətlərə qarşı tələblərini sərtləşdirilməlidir. Çünki tenderlərdə iştirak edən şirkətlər qısa zamanda müəssisələr yaradırlar və bu müəssisələrə ayrılan vəsaitlər müxtəlif yollarla nağdlaşdırılır.

Nəticədə maliyyə nizam-intizamı pozulur və rüşvətxorluğa yol açılır. Bu problemin qarşısını almaq üçün iqtisadiyyatın şəffaflaşdırılmasına və məmur sahibkarlığına son qoyulmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv