“Nağdsız ödənişlərin artması iqtisadi inkişafa birbaşa olmasa da, dolayı yolla töhfə verir”.
Bu fikirləri nağdsız ödənişlərin genişlənməsinin iqtisadi inkişafa təsiri haqda danışan iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, nağdsız ödənişlər dövriyyədə olan pul vəsaitlərinin tamamilə nəzarətdə saxlanılmasını təmin edir:
“Nağdsız ödənişlərdən geniş istifadəsinin ən böyük üstünlüyü gizli iqtisadiyyatın aradan qaldırılmasına təkan verməsidir. Həmçinin nağdsız ödənişlər dövriyyədə olan pul vəsaitlərinin tamamilə nəzarətdə saxlanılmasını da təmin edir.
Amma nağd ödənişlərin iqtisadi artıma birbaşa təsirinin olduğunu demək doğru deyil. “Kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasının iqtisadi artıma müsbət töhfəsini nəzərə alsaq, o zaman nağdsız ödənişlərin əhəmiyyəti daha aydın şəkildə təsəvvür olunar”.
Nuray Məmmədzadə