Mərhum reper Anar Nağılbazın qəbrini su basması ilə bağlı xəbər yayılıb.
Yenicag.az-a açıqlama verən Nağılbazın anası Şərqiyyə Cəbiyeva bu xəbərdən qəzəblənərək, məzarı su basmadığını deyib:
“Anarın qəbrini su basmayıb, yalan söhbətdir. Dünən doğum günü idi, qohum-əqrəba yığışıb getdik, məzarını ziyarət etdik. Evdə də Anarın xoşladığı yeməkləri bişirdim, ruhuna dualar oxutduq. Anarın atası-anası ölməyib ki, onun qəbrini su bassın. O qadın ağzına gələni danışmasın. Belə mənasız söz-söhbətlər nəyə lazımdır?”
Qeyd edək ki, mərhum reperin eks həyat yoldaşı Anjelika Cəbiyeva news24.az-a açıqlamasında Nağılbazın qəbrini su basdığını deyib.
Cəvahir