Nailə Vəlixanlı ilə bağlı sərəncam imzalandı

Prezident İlham Əliyev Nailə Məmmədəli qızı Vəlixanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif edilir.