Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb.
Yenicag.az xəbər verir ki, onun bu səfərinin ölkədəki siyasi böhranla bağlı olduğu bildirilir.
Qeyd edək ki, bu gün Ermənistan prezidenti Armen Sarkisyan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı diqqət mərkəzində Ermənistandakı siyasi böhran olub.