Bakıda evdən kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında paytaxtın Binəqədi rayonu Binəqədi kəndində qeydə alınıb.
34 yaşlı Şahbazov Emil Yahyayeviç yaşadığı mənzildə qəflətən ölüb. Onun meyitini qonşuları aşkar ediblər. Mərhumun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Nərimanov rayonunda isə intihar hadisəsi baş verib.
“Kriminalqafqaz”ın məlumatına görə, Müzəffər Nərimanov küçəsində yerləşən və inşası hələ başa çatmamış evdə asılı vəziyyətdə kişi meyiti aşkarlanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs 1977-ci il təvəllüdlü Mirzə Mirzəyevdir. Onun özünü asaraq həyatına son qoyduğu müəyyənləşib.
Faktlarla bağlı araşdırma aparılır.