Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 68 yaşlı Ramazanov Süleyman Müslüm oğlunun axtarışları sabah davam etdiriləcək.
Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün səhər saatlarında başlanan və axşamadək davam edən axtarışlar əsasən çayətrafı ərazilərdə aparılıb.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
Qeyd edək ki, 1950-ci il təvəllüdlü Süleyman Ramazanov avqustun 10-da itkin düşüb.