Naməlum şəxs dövlət idarəsində insanları girov götürdü

İranın İlam əyalətində silahlı naməlum şəxs dövlət idarəsində insanları girov götürüb.

Yenicag.az xəbər verir ki,  silahlı şəxs insanlara atəş açaraq 4 nəfəri öldürüb, 5 nəfəri yaralayıb. Daha sonra o intihar edib.

Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib.  Ölən və yaralanan şəxslərin idarənin işçiləri olduğu açıqlanıb.

Faktla bağlı araşdırma aparılır./Unikal/