Namizəd Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü baş tutdu – FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində avqustun 17-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayeva seçicilərlə görüşüb.

Görüşdən əvvəl o, vəkilləri və könüllülərlə birgə Qala kənd qəbiristanlığında Vətən müharibəsində şəhid olmuş hərbçilərinzarlarını ziyarət edib.

Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qala qəsəbə klubunda təşkil edilmiş bu görüş ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xairəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Görüşdə namizəd Gülşən Paşayevanın vəkilləri Ramin Quliyev, Ayxan Rüstəmzadə, Səhiyyə məsələləri üzrə ekspert Sevil Əsədova, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, əməkdar həkim Rüstəm Hüseynov, 31,32 saylı seçki məntəqələrinin əhatə dairəsində yaşayan qəsəbə sakinləri olan səhiyyə işçiləri və ziyalılar iştirak ediblər.

Namizədin vəkilləri və səhiyyə üzrə mütəxəssislər çıxış edərək Gülşən Paşayevanın peşəkar fəaliyyətindən, ölkəmizin mənafeyi naminə beynəlxalq arenada gördüyü işlərdən, Vətən müharibəsi dövründə aparılmışinformasiya mübarizəsində fəal iştirakından, eyni zamanda uzunmüddətli pedaqoji fəaliyyətindən bəhs ediblər.

Sonda çıxış edən namizəd iştirakçıları seçki platforması ilə tanış edib. Millət vəkili seçiləcəyi təqdirdə görüləcək işlərdən bəhs edib. Bununla yanaşı həllini prioritet hesab etdiyi məsələlərdən, üzərinə düşəcək vəzifələrdən danışıb.

Namizədin çıxışından sonra görüş seçicilərin müzakirələri ilə davam edib. Görüş iştirakçıları dinlənilib və onları narahat edən məsələlərin qeydiyyatı aparılıb. Qala qəsəbəsinin səhiyyə sahəsi ilə bağlı səsləndirilən fikirlərlərə münasibət bildirən namizəd, qəsəbədə mövcud  olan problemlər ilə bağlı əməli işlərin görülməsinə ehtiyac olduğunu vurğulamış və seciləcəyi təqdirdə Binədə və Qalada mövcud olan tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını bildirmişdir.

Sonda iştirakçılar qeyd edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində yeni seçiləcək millət vəkilinə böyük ümid bəslədiklərini diqqətə çatdırıb, seçki marafonunda Gülşən Paşayevaya uğurlar arzulayıblar.

Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Gülşən Paşayevanın 13 saylı Xəzər ikinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşləri davam edəcək.

COP29