“Nankorlar, vaxt var idi, mənə yalvarırdınız ki, bizi efirə çıxar” – Məşhur teleaparıcı kimə SƏSLƏNDİ?
“Vaxt var idi efirlərə buraxılmayanlar gəlib, “Spase”nin qapısının ağzında dayanırdılar və mənə yalvarırdılar ki, bizi efirə buraxdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış və illərin teleaparıcı İlham Mirzəyev deyib.
Aparıcı vaxtilə efirə çıxarıb, məşhur etdiyi insanların ona naxələf çıxdıqlarını və onları heç vaxt bağışlamayacağını bildirib:
“Vaxt var idi efirlərə buraxılmayanlar gəlib “Space”nin qapısının ağzında dayanırdılar və mənə yalvarırdılar ki, bizi efirə buraxdır. Heç kim onları efirə buraxmırdı. Onlara “bozbaş” deyirdilər. Amma mən onlara dəstək oldum. Çünki bilirdim, az da olsa, sənətləri var. İndi telekanallar artdıqca onlar şişiblər, ayaqlarını göyə qaldırıb, qudurublar. O vaxt mənə deyirdilər, bunu niyə efirə çıxarırsan? Deyirdim, sənəti var. Sən demə, bunların çoxu nankor imiş. Əsl sənətkarlar heç vaxt özlərindən razı olmadılar, bu gün də yanımdadırlar. Amma sənətləri olmayan, özlərini sənətkar adlandıran. hay-huyla sənətə gələnləri vaxtilə efirə çıxarıb tanıtdım, adam elədim. Onlar nankor çıxdılar, onları heç vaxt bağışlamayacam. Onları heç saymıram, heç saymayacam da. Onlar saxta efir dostlarıymış”.
Məşhur teleaparıcı onlara səslənib:
“Təəssüflər olsun ki, o nadanları efirə çıxarıb tanıtdım. Onlar da “üç badam bir qoz” mahnıları ilə bu gün efirləri işğal ediblər. Əsas odur ki, əsl sənətkarlar ətrafımdadır. Kimin sənəti yoxdursa, onları verilişimə çağırmayacam. Necə əvvəllər edirdim, indi də Azərbaycan mədəniyyətinə qulluq edərək, əsl sənətkarları verilişimə dəvət edəcəm. Vaxtilə dəyər verdiyim, amma əvəzində nankorluq gördüyüm o adamlar bir də mənim verilişimdə olmayacaq. Hələ ki, onlara mesaj göndərirəm, amma vaxt olacaq onların bir-bir adlarını çəkəcəm”.
Cəvahir