“Napoli” onunla müqaviləni uzatdı

İtaliyanın “Napoli” komandası futbolçusu Matias Olivera ilə müqavilə müddətini uzadıb.

Yenicag.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 2030-cu ilin yayınadək yeni sözləşmə imzalanıb.

M.Olivera 2022-ci ilin yayından A Seriyası təmsilçisində çıxış edir.

Qeyd edək ki, “Napoli” hazırda 57 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.