“Napoli” “Roma”nı məğlub edib

Napoli” futbol üzrə İtaliya çempionatının 27-ci turunda “Roma”nı səfərdə 2:1 hesabı ilə məğlub edib.

Yeniçağ.Az xəbər verir ki, qalib komandanın heyətində Dris Mertens dubl edib (26 və 50-ci dəqiqələr).

Belçikalı hücumçu “Napoli”nin son 15 oyununda 16 qol vurub. “Roma”da Kevin Strotman (90) fərqlənib.

“Napoli” turnir cədvəlində 57 xal ilə üçüncü, “Roma” isə 59 xalla ikinci pillədə qərarlaşıb.

Yeniçağ.Az

COP29