Reklam: High Technic
hightechnic

Naqasaki dəhşətindən 70 il ötür

105301_res_0170 il bundan əvvəl Yaponiyanın Hiroşima şəhərinə ABŞ aviasiyası tərəfindən atılan atom bombası partlayışının dəhşəti Yaponiyada bazar günü yad olunur.

9 avqust, 1945-ci il atom bombası partlayışı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində Yaponiyanın baş naziri Şinzo Abe iştirak edib.

Şinzo Abe çıxışında dünyada nüvə silahının qadağan olunmasına çağırış edib.

Bununla yanaşı mərasimdə çıxış edənlər baş nazirin Yaponiya hərbiyyəsinə qoyulmuş məhdudiyyətlərin zəiflədilməsinə dair planlarını tənqid ediblər.

Yaponiyada 70 il bundan əvvəl baş vermiş dəhşətli hadisənin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

1945-ci ilin avqustunda II dünya müharibəsinin sonunda Xirosima şəhərinə avqustun 6-da, Naqasaki şəhərinə isə avqustun 9-da ABŞ hərbi aviasiyası tərəfindən atom bombaları atılmışdı.

Atom partlayışları nəticəsində Yaponiyada 140 min nəfər həlak olmuşdu.

Bombalar Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə ABŞ-ın B-29 bombardmançı təyyarəsindən atılmışdı.

Bazar günü Naqasaki şəhərində keçirilən anım mərasimində 75 ölkənin nümayəndə heyəti iştirak edib (BBC).

www.yenicag.az

62