Müsavat Partiyasının Milli Məclisin deputatı Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin vaxtı məlum olub.
İddia ilə bağlı yanvarın 14-də Gəncə şəhərinin Nizami rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək.
Müsavat Partiyası Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər şöbəsinin sədri Naqif Həmzəyevi Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini alçaltmaqda günahlandırır.(APA)