!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nar” abunəçilərin 84%-i Müştəri Xidmətlərini yüksək balla qiymətləndirib

!Reklam – Yazi

Nar.logoMüştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” yüksək müştəri məmnuniyyəti göstəricilərinə nail oldu. Keyfiyyətin Təminatı qaydalarına əsasən “Nar” müştəri xidmətlərinə zəng etmiş hər bir abunəçi operator tərəfindən göstərilmiş xidmətlərin keyfiyyətini qiymətləndirmək üçün zəngin sonunda sorğuya yönəldilir. Son nəticələrə əsasən, 84% “Nar” abunəçiləri Çağrı Mərkəzində onlara göstərilən müştəri xidmətlərini ən yüksək balla qiymətləndirmişlər.

Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olmuşdur. “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərilə özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla “Nar”ın xidmətlərindən yararlana bilər.  Qeyd etmək lazımdır ki, “Nar” öz müştəri xidmətlərini bilavasitə sosial media üzərindən təqdim edən ilk və yeganə mobil operatordur.

Xatırladaq ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Aparıcı sosial media marketinq şirkəti olan socialbakers.com saytının araşdırmalarına görə, son 90 gün ərzində sosial şəbəkələrdə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə “Nar” Azərbaycanda mobil operatorlar arasında birincidir. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də “Facebook”, “Twitter” və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.

Daha ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv